N.Hauq: “Marko təbrik etmək lazımdır”

Mercedes Motorsport-un sabiq rəhbəri Norbert Hauq bildirib ki, Helmut Marko gənc istedadları tapmaqda ustadır.

F-1.az xatırladır ki, Red Bull şirkətinin idman məsləhətçisi olan Marko indiyə qədər Fettel, Rikkardo, Kvyat, Sains və Ferstappen kimi sürücüləri kəşf edib.

Norbert Hauq isə bu sürücülər arasında Ferstappenə təriflər yağdırıb: “Ferstappenin inkişafı inanılmazdır. Böyük sürücü olmaq üçün potensialı var. Red Bull-u, xüsusən də Helmut Markonu təbrik etmək lazımdır. Çox istedadlı sürücü tapıblar. Marko gənc sürücüləri tapıb inkişaf etdirə bilir. Maks kimi şah əsəri kəşf etdi. Ferstappen səhvlərə görə çox tənqid olundu. Amma inkişaf üçün gözəl potensialı var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*