Red Bull öz mühərriyini hazırlamaq istəyib

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, onlar bir ara öz mühərriklərini düzəltmək istəyiblər, amma sonradan bu fikirdən daşınıblar...

F-1.az xatırladır ki, Red Bull komandası 2010-2013-cü illərdə ard-arda 4 dəfə Dünya Çempionu titullarını qazanıb, amma Formula1 v6 mühərriklərə keçdikdən sonra avstriyalılar çempionluq mübarizəsindən uzaq qalıblar. Bunun səbəbi isə Renault-un Red Bull-a istədiyi kimi mühərrik verə bilməməsidir.

Red Bull Renault mühərriklərindən narazı qaldıqdan sonra öz mühərriyini hazırlamaq iztəyib.

Helmut Marko: “Biz bu fikri dəyərləndirdik, amma sonra gördük ki, bu, Red Bull üçün deyil. Bu fikir 2014-cü ilin ilk testlərində ortaya atıldı. Bu məsələ ilə bağlı araşdırmalar apardıq”.

Jurnalistlər Markoya Avstriya mühərrik şirkəti olan AVL-in onlara bu işdə kömək edib etməyəcyini soruşublar: “Diter Mateşiç Ştiriyadandır, AVL isə Qratsdadır.

Başqa şirkətlər də turbo mühərriklər düzəldirlər və bizdən bir saat uzaqdadırlar. Onların bu barədə bilikləri də yaxşıdır, amma xərclər və qarışıq işlər çoxdur.

Biz sadəcə mühərrikdən danışmırıq. Qarışıq olan güc qurğularından danışırıq və mühərriklə bağlı qaydalar düzgün deyil.

Çox bahadırlar və üstündə çoxlu mühəndis işləməlidir. İstədiyimiz səsi də vermirlər. Pilotlar da sərnişin kimidirlər.

Xərclər çoxdur. Təkcə mühərriyi inkişaf etdirmək üçün 250-300 adam işləyir və biz bilmirik ki, bu qaydalar nə vaxta kimi davam edəcək”.

Red Bull komandasının Renault ilə müqaviləsi ilin sonunda bitir. Helmut Marko bildirib ki, onların gələn il üçün başqa alternativləri var: “Bizim bəzi alternativlərimiz var. Gələn il mühərriksiz qalamayacayıq.

Bir seçimimiz var, amma biz rəqabətədavamlı mühərrik istəyirik. Bizə qələbə uğrunda mübarizə aparmağa kömək edən bir mühərrik istəyirik.

Mühərrik güclərini 2 faizlik nisbətdə bərabərləşdirmə və ya müstəqil mühərriklərin idmana gəlməsi müzakirə edilir.

Görək, yeni qaydalar necə olacaq və istifadə etdiyimiz TAG Heuer brendli mühərrik bu il nə qədər inkişaf edəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*