Marko Avstriyada Ferstappenə rəqib ola biləcək pilotun adını çəkib

Red Bull cari mövsümdə o qədər güclü maşın hazırlayıb ki, geridə qalan 8 yarışın heç birində digər komandaların sürücüləri onlarla mübarizə apara bilməyib.

F-1.az xəbər verir ki, hətta Serxio Peres də son yarışlarda komanda yoldaşı ilə mübarizə apara bilmir. Buna baxmayaraq, Red Bull-un idman məsləhətçisinin nəzərində Şpilberqdə Maksa bir rəqib var.

Helmut Marko: “Monrealda baş verənlər Ferrari-nin nə qədər sürətli maşına sahib olmasının göstəricisi idi. Red Bull Rinq isə onlara tam uyğun gəlir. Beləliklə, əgər Lekler ilk iki cərgədən başlasa, Maksın qələbəsi çox da asan olmayacaq”.

Xatırladaq ki, keçən ilin ilk hissəsində Maks Ferstappenlə çempionluq mübarizəsi aparan monakolu sürücü cari mövsümdə yalnız bir dəfə – Azərbaycan Qran Prisində podiumun son pilləsinə yüksələ bilib. Bu, Ferrari-nin də 2023-cü ildəki yeganə podyumdur.

Lekler cari mövsümdə ilk 8 yarışda 54 xal toplayıb və çempionatda yeddinci yerdədir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*