Türkiyə Qran Prisinin taleyi sual altındadır?

Türkiyə Qran Prisinin təşkilatçıları qorxurlar ki, 2011-ci ildən sonra bu yarış çempionatın təqvimindən silinə bilər, çünki Formula1-in kommersiya başçısı Berni […]

Türkiyə Qran Prisinin təşkilatçıları qorxurlar ki, 2011-ci ildən sonra bu yarış çempionatın təqvimindən silinə bilər, çünki Formula1-in kommersiya başçısı Berni Ekklstoun İstambul avtodromu ilə müqaviləni uzatmaq niyyətində olmasını hələ elan etməyib. Zaman qəzetinin yaydığı xəbərə görə, İstambul Parkın direktoru Can Güclü təsdiq edib ki, yarışın gələcəyinə ümidli deyil, çünki bir çox ölkələr Formula1 mərhələsini qəbul etmək uğrunda mübarizə aparırlar…

Can Güclü: “Biz qorxuruq ki, 2011-ci ildə Formula1 İstambula sonuncu dəfə gələ bilər. Cənubi Afrika, Rusiya, Bolqariya və Cənubi Koreya kimi ölkələr tərəfindən ciddi rəqabət var. Cənubi Koreya üçün güclü iqtisadiyyat xasdır, həm də bu ölkədə idmana böyük əhəməiyyət verirlər: 2002-ci ildə Koreyada futbol üzrə dünya çempionatı keçirilib. Rusiyada isə artıq yarış trasının tikintisi başlanıb.

Əgər biz Türkiyə yarışının çempionatın təqvimində qalmasını istəyiriksə, danışıqlara təcili başlamalıyıq. Çünki müqavilənin bitməsinə bir il qalmış danışıqlara başlamaq düzgün olmazdı. Biz Ekklstounla müqaviləni 2003-cü ildə imzalamışdıq, ilk yarış isə 2005-ci ildə baş tutdu, gördüyünüz kimi, milli yarışın təqvimə düşməsi üçün uzun bir vaxt lazımdır. Hələlik tərəflərdən heç biri müqaviləni uzatmaq niyyətində olmasını bildirməyib və müqavilənin uzadılmasına heç kim zəmanət verə bilməz.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*