14 Dekabr 2019, Şənbə - 08:48

T.Sato Red Bull-la danışıqlar aparır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:30 - 13 Fevral, 2009

Takuma Sato Red Bull şirkətinin rəhbərliyi ilə danışıqlar aparır. Şirkətin iki komandasından heç biri ehtiyat və test pilotların adlarını açıqlamayıb, […]

Takuma Sato Red Bull şirkətinin rəhbərliyi ilə danışıqlar aparır. Şirkətin iki komandasından heç biri ehtiyat və test pilotların adlarını açıqlamayıb, bu yer vakantdır, amma mövsümün gedişində testlər qadağan olduğu üçün ehtiyat pilot yalnız əas sürücülərdən biri starta çıxmadığı halda lazım ola bilər.

Diter Mateşiç danışıqların getdiyini təsdiqləyib və Sato ilə potensial müqaviləyə marağı olmasını etiraf edib: “Onun Yaponiyada yaxşı hörməti var, belə bir əməkdaşlıq perspektivli ola bilər.”

Red Bull şirkətinin Satoya marağı eyniadlı işkinin yapon bazarında satışının artacağı ilə bağlıdır. Əsas sürücü müqaviləsi Sebastyen Burde ilə bağlandığı üçün Takumanın ehtiyat pilot kimi komandaya cəlb olunması bəzi marketinq məsələlərini həll edə bilərdi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 269
Teqlər
Paylaş

logo