T.Qlok: “Xal qazanmağıma şadam”

Monakodakı əsil uğursuzluqdan sonra Toyota yenidən liderlər qrupuna qayıdıb və Mühəndislər Kubokundakı üçüncü yerini möhkəmlədib. Timo Qlok on üçüncü yerdən […]

Monakodakı əsil uğursuzluqdan sonra Toyota yenidən liderlər qrupuna qayıdıb və Mühəndislər Kubokundakı üçüncü yerini möhkəmlədib. Timo Qlok on üçüncü yerdən start alsa da finiş xəttini səkkizinci keçib…

Timo Qlok: “Xallar uğrunda mübarizə olduqca çətinləşib, on üçüncü yerdən start alanda yüksək nəticəyə ümid etmirsən. Mən yaxşı start aldım, amma sonra bəxtim gətirmədi – maşınlardan biri məni xarici radiusa sıxışdırdı və mən bir neçə yer itirdim.

Mən şadam ki, xal qazana bildim, biz optimal strategiya seçmişdik, komanda pit-stopu əla keçirdi və mən uşaqlara yaxşı işlərinə görə minnətdarlığımı bildirirəm. Yarışdan əvvəl qarşımıza məqsdə qoymuşduq ki, xal qazanmalıyıq və məqsədimizə çata bildik, amam növbəti yarışda daha çox xal qazanmaq istərdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*