Toyota çempionatı tərk edə bilər

Rəsmən FİA-nı gələn mövsüm dünya çempionatında iştirak etmək üçün ərizə verməkdən imtina ilə xəbərdar edən ilk komanda Toyota oldu – […]

Rəsmən FİA-nı gələn mövsüm dünya çempionatında iştirak etmək üçün ərizə verməkdən imtina ilə xəbərdar edən ilk komanda Toyota oldu – əgər federasiya komandaların büdcələrinin məhdudlaşıdırlması məsələlərində ciddi kompromislərə getməsə komanda çempionatı tərk edəcək. Gələn mövsümdə iştirak üçün ərizələr mayın 29-na kimi qəbul olunur və məlum deyil ki, FİA hər hansı bir kompromisə hazırdırmı…

Con Hauett: “Biz çempionatda FİA-nın dərc etdiyi qaydalarla çıxış edə bilmərik. İdman və texniki reqlamentlərdə bir çox problemləri həll etmək lazımdır, amma biz əmin deyilik ki, bu problemlər həll olunacaq. Biz bir neçə ildir ki, Formula1-in bir hissəsiyik və çempionatda iştirakımızı davam etdirmək istəyirik, amma FİA-nın son təklifləri bizi məcbur edir ki, iştirakımız barədə ciddi düşünək.

Biz məsrəflərin azaldılmasının əleyhinə deyilik, söhbət ondan gedir ki, bu proses necə realizə olunacaq. Bizim qəlbizim Formula1-lə bağlıdır, amma biz alternativ yollar axtaracayıq və vəziyyəti digər avtoistehsalçılarla müzakirə edəcəyik.”

Qeyri-rəsmi məlumatlara görə, hazırkı komandalar ərizə verməyə baykot elan edə bilərlər. Ekspertlərin fikrincə, FOTA-nın Maks Mosliyə ünvanladığı məktubda məhz bu bildirilmişdi – əgər FİA prezidenti büdcəni məhdudlaşdırmaq fikrindən əl çəkməsə komandalar ərizə verməkdən imtina edəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*