K.Qrasiya narazıdır

FİA ilə keçənilki Sinqapur yarışınıdakı qəzasının araşdırılmasında əməkdaşlığa görə Nelsinyo Pikeyə toxunulmazlıq vəd olunub. İspaniyanın Avtomobil Federasiyasının başçısı Karlos Qrasiya […]

FİA ilə keçənilki Sinqapur yarışınıdakı qəzasının araşdırılmasında əməkdaşlığa görə Nelsinyo Pikeyə toxunulmazlıq vəd olunub. İspaniyanın Avtomobil Federasiyasının başçısı Karlos Qrasiya bu haldan narazı qaldığını bilidib…

Karlos Qrasiya: “Məndən olsa, mən bu oğlana kor adamları küçədən keçirməyi də həvalə etmərəm. Bu hərəkəti ilə o heç nə qazanmayacaq, onun özü bəyanatında deyib ki, müqavilə almaq üçün qəza törədib və indi komanda ona mövsümün sonuna qədər maaşını ödəməlidir. Məncə, onu nəinki FİA cərimə etməlidir, həm də onu məhkəməyə vermək lazımdır.

Mən mətbuatdan öyrəndim ki, Nelsinyoya toxunulmazlıq veriləcək – bu FİA üçün rüsvayçılıq və biabırçılıqdır. O axmaq uşaqdır, o bilmir ki, qaz pedalını basıb yoxsa yox – təsadüfi deyil ki, Renault-da il yarış olduğu müddətdə 17 qəza törədib.

Nəzarətsiz uşaq və onun qəzəbli atası – bu ikisi bir yerdə olanda imkan daxilində daha çox adamlara qara yaxırlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*