Toto Volff: Şayiələrdə bir dənə də doğru söz yoxdur

Mövsümün əvvəlində Toto Volff etiraf etməyə hazır idi ki, əgər Mercedes yarışlarda qələbə qazanmağa imkan verən maşını Lyuis Həmilton üçün hazırlaya bilməsə, britaniyalı sürücünün digər komandalarla danışıqlar aparacağı ssenarisini istisna etmir...

F-1.az xəbər verir ki, komandanın builki maşını nəinki qələbə qazanmağa, heç podiuma düşməyə belə imkan vermir…

Ötən gündən əvvəlcə italyan, daha sonra ingilis mətbuatında yeddiqat dünya çempionunun Ferrari komandası ilə danışıqlar aparması barədə şayiələr yer almağa başlayıb, Mercedes komandasının başçısı isə bütün bu xəbərlərin həqiqətə uyğun olmadığını bir daha bəyan edib.

Toto Volff: “Belə söz-söhbətlər iki ildən bir, yeni müqavilə imzalamalı olduğumuz zaman peyda olur. Amma bu xəbərlərdə həqiqət uyğun bir söz belə yoxdur. Onunla normal müzakirələr aparırıq, hələ kifayət qədər vaxtımız var.

Sadəcə pul məsələlərini müzakirə etmək, bir-birinə qardaş kimi davranan və on ildə birlikdə çox şeyin öhdəsindən gələn iki dost tərəfindən edilməli olduqda narahatlıq yaradır. Amma mən qəti şəkildə əminəm ki, biz bir həll yolu tapacağıq, buna heç bir şübhəm yoxdur”.

Müsahibə zamanı Volffa Həmiltonun hamının düşündüyündən daha uzun müddət yarışacağı ilə bağlı sözləri xatırladılıb. Amma sual olunur: o, bununla nə demək istəyirdi, təkcə Mercedes-lə əməkdaşlıq gözlənilir?

Toto Volff: “Mən başqa variantları təsəvvür edə bilmirəm. Əgər biz Lyuisə rəqabətədavamlı maşın verə bilsək, o, uzun müddət yarışlarda qalib gələ biləcək…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*