Toto Volff McLaren-in uğurunu həddindən artıq qiymətləndirməməyə çağırdı

Mercedes-in rəhbəri Toto Volff Macarıstan Qran Prisində McLaren-in inamlı çıxışından sonra genişmiqyaslı nəticələr çıxarmamağa çağırıb. Onun sözlərinə görə, hazırkı texniki reqlament komandaların maşın yenilikləri hesabına əhəmiyyətli dərəcədə irəliləyiş əldə etməsinə imkan verir, lakin bu, qüvvələr nisbətinin dəyişdiyini göstərmir.

Toto Volff: “Əgər Macarıstandakı həftəsonunun əvvəlində süni intellektə Budapeştdə kim favoritdir desəydiniz, o, McLaren cavabını verərdi. Son illərdə bu komanda Hunqarorinqdə güclü çıxış edib və əgər yanılmıramsa, keçən mövsüm onlar Macarıstanda finişdə qızıl dubl etmişdilər.

Buna görə yarışdan sonra nəticələrlə bağlı qənaətlərə ehtiyatla yanaşmaq və bir komandanın qəflətən inanılmaz dərəcədə sürətli, digərinin isə birdən rəqabət qabiliyyətini itirdiyini deməyə tələsib qəti qənaətə gəlməmək lazımdır.

Şübhəsiz ki, McLaren irəliləyiş edib və mübarizədə qalırlar. Amma biz artıq uzun müddətdir yenilik gətirməmişik və indi aydın olur ki, sezon ərzində məhz maşının təkmilləşdirilməsi həlledici rol oynayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*