TEDDİ MAYER vəfat edib

On ildən çox McLaren komandasına başçılıq etmiş amerikalı Ədvard Əverett “Teddi” Mayer 73 yaşında Britaniyada vəfat edib… Mayer 1935-ci il […]

On ildən çox McLaren komandasına başçılıq etmiş amerikalı Ədvard Əverett “Teddi” Mayer 73 yaşında Britaniyada vəfat edib…

Mayer 1935-ci il sentyabrın 8-də Pensilvaniyada anadan lub və gəncliyində Junior Formulasının komandası ilə əməkdaşlıq edib, bu komandada onun qardaşı Tim və Piter Revson çıxış ediblər. Hüquqi təhsil aldıqdan sonra 1962-ci ildə Ədvard qardaşı və Revsonla birlikdə Avropaya köçüblər, onlar Formula1-də öz komandasını qurmağa başlayan Bryus MakLarenə qoşulublar.

İki il sonra qardaşının ölümü ona ağır zərbə vurub, amma Mayer avtoidmana sadiq qalıb və 1970-ci ildə Bryusun ölümündən sonra komandaya başçılıq edib. Onun rəhbərliyi altında Əmerson Fittipaldi və Ceyms Hant McLaren-ə ilk çempion titullarını qazanıblar, komanda okeanın o biri tayında da uğurla çıxış edərək 1976-cı ildə “İndianapolisin 500 mili” yarışında qalıb gəlib.

70-ci illərin sonuna doğru komanda böhran yaşamağa başladıqda sponsor olan Marlboro şirkəti Formula2 seriyasında uğur qazanan Ron Dennisi komandaya dəvət edib və Mayer 1982-ci ilə kimi komandanın icraçı direktoru vəzifəsində çalışıb, amma sonra öz səhmlərini Dennisə sataraq bütün gücünü ChampCar seriyasında yeni komanda yaratmağa sərf edib. 1986-cı ildə Teddi yenidən Beatrice Haas layihəsilə Formula1-ə qayıdıb, amma sponsorun gedişindən sonra layihə bağlanıb və Mayer Amerikaya qayıtmalı olub. O uzun illər Penske komandasının işləri ilə məşğul olub.

Teddi Mayer yanvarın 30-da İngiltərədəki evində dünyasını dəyişib. Onun keçmiş həyat yoldaşı Sara və qızı Ənn ABŞ-da yaşayırlar, qardaşının adını qoyduğu oğlu Tim isə ALMS seriyasının rəhbərlərindən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*