Team Lotus komandası Caterham şirkətini alır?

Team Lotus komandasının adı və gələcəyi gözlənilməz sonluqla başa çata bilər: şayiələr gəzir ki, komanda Britaniyanın məşhur idman maşınları istehsalçısı […]

Team Lotus komandasının adı və gələcəyi gözlənilməz sonluqla başa çata bilər: şayiələr gəzir ki, komanda Britaniyanın məşhur idman maşınları istehsalçısı olan Caterham şirkətini almağa hazırlaşır…

Dünən biz yazmışdıq ki, komanda jurnalistləri aprelin 27-də Daksfordda İmperiya Hərbi Muzeyində rəsmi tədbirə çağırıb. Team Lotus komandasının mətbuat xidməti təffərüatları açıqlamasa da, bu gün mətbuatda Caterham-la danışıqlar barədə məlumatlar yayılıb.

Maraqlıdır ki, Caterham vaxtılə Lotus maşınlarının dileri olub və Lotus Seven markası hələ də ona məxsusdur. Komandanın nümayəndələri şərh verməyiblər, amma gələn həftə hər şey məlum olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*