Team Lotus komandası Caterham Cars-ı almasnı təsdiq edib (video)

Bu gün Team Lotus komandası rəsmən təsdiq edib ki, Britaniyanın idman maşınları istehsal edən Caterham Cars şirkətini alıblar. Team Lotus […]

Bu gün Team Lotus komandası rəsmən təsdiq edib ki, Britaniyanın idman maşınları istehsal edən Caterham Cars şirkətini alıblar.

Team Lotus komandasının sahibləri, malayziyalı iş adamları Toni Fernandes, Kamarudin Meranun və SM Nasarudin bundan sonra Caterham şirkətinə də həmsahiblik edəcəklər. Şirkətin klassik Lotus 7 modeli üzərində qurduğu ucuz idman maşınları avtoidman dünyasında yaxşı tanınır. Şirkətin yeni sahibləri Caterham-ın məhsulunu daha populyar etməklə model cərgəsini də genişləndirməyi nəzərdə tutublar.

Toni Fernandes:Caterham avtomobil dünyasında xüsusi yer tutur. Ənənələrinə görə britaniyalı sayılan bu şirkətin nöqsansız şöhrəti var, çünki onun məhsulu sürəti ilə, nümunəvi idarə olunması ilə və texniki mükəmməlliyi ilə fərqlənir.

Caterham Cars Kolin Çepmenin fəlsəfəsinə sadiq qalır, Kolin deyirdi ki, “nə qədər balaca olsa, o qədər böyük olacaq”, hətta yeni modellər də orijinal Lotus 7-dən az fərqlənir.”

Bu münasibətlə Team Lotus komandası gözəl videoçarx nümayiş etdirib, videoda klassik Caterham idman maşını və yeni Lotus T128 bir araya gəliblər. Ekspertlərin fikrincə, Toni Fernandes çox düzgün addım atıb: ucuz Britaniya idman maşınlarının Formula1 fonunda Asiya bazarında aktiv reklamına üstünlük verib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*