T.Volff: Ötmələrin sayının niyə az olmasını anlamaq vacibdir

Mercedes-in rəhbəri hesab edir ki, ötmələrin çox olmamasının səbəblərini araşdırmaq, təhlil etmək lazımdır.

F-1.az xəbər verir ki, Totonun fikrincə yarış maraqsız keçib və bu məsələ onu narahat edir.

Toto Volff: “Düşünürəm ki, belə yarış həftəsonundan sonra bütövlükdə vəziyyət haqqında danışmağa dəyməz, yanlış istiqamətdə irəliləyirik və təcili dəyişikliklərə ehtiyac var. Yarışın niyə maraqsız olduğunu başa düşmək vacibdir. Aydındır ki, sürətdə üstünlüyə malik olan iki maşın finiş xəttini hamını 22 saniyə qabaqlayaraq keçdilər.

Aston Martin, Ferrari və Mercedes komandalarından hansının daha sürətli olduğunu heç vaxt öyrənə bilmədim, çünki onların hamısı tıxacda ilişdi. Lekler və Alonso arasında, Aston Martin, Ferrari və Mercedes arasında boş yolda heç bir fərq yox idi. İki Red Bull maşını, sonra bu üç komanda, daha geridə isə yerdə qalanlar var.
Maşınlarımızın parametrləri idealdan uzaq idi. Artıq ilk məşqdə səhv istiqamətə getdiyimizi başa düşdük, amma çox gec idi – heç nəyi dəyişə bilmədiyimiz zaman maşın qapalı park rejiminə düşdü. Bu, hər kəsə şamil edildi. Hər kəs bu qumar oyununda iştirak etdi, kimsə təxmin edib üstünlük əldə etdi, amma kimiləri də buna nail ola bilmədi”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*