M.Ferstappen: Bakıda yarımçıq işim qalıb

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, onun Bakıda yarımçıq qalmış işi var.

F-1.az xatırladır ki, niderlandlı sürücü keçən il qələbəyə gedərkən, sona 5 dövrə qalmış təkəri partlamış və mübarizəni dayandırmışdı.

Maks Ferstappen: “Keçən il mübarizəni vaxtından əvvəl dayandırdım və burada yarımçıq qalmış işim var. Oradakı yarışı səbirsizliklə gözləyirəm.

Bakıda qaçış zonaları kiçikdir və orada sürmək çətindir. Bakıda sazlanma tapmaq və arxa qanad üçün düzgün bucaq seçmək qəliz məsələdir. Görək sıralanma turunda nə edirik. Əvvəlki yarışlarda vahid dövrədə zəif idik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*