19 Noyabr 2019, Çərşənbə axşamı - 22:07

T.Volff: “Mercedes heç kimdən asılı deyil”

T.Volff: “Mercedes heç kimdən asılı deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

14:03 - 12 Fevral, 2018

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, ən yaxşı mühəndis komandadan getsə belə, güclü performans göstərə bilərlər.

F-1.az xatırladır ki, Pəddi Lou keçən mövsümün əvvəlində komandadan ayrılmış və əvəzinə Ceyms Əllison gəlmişdi. Buna baxmayaraq, almanlar növbəti dəfə hər iki cəbhədə də titulu bayram edə bildilər.

Toto Volff: “Formula1-də mübarizə və qaydalar davamlı dəyişir. Buna görə də dinamik quruluş lazımdır. Uğurludur deyə işi dayandırmaq olmaz. Yeni nəsl liderlərlə maraqlanmalı və trendə uyğunlaşmalısınız. Bu iş bir nəfərdən asılı deyil. Nə Pəddidən, nə Əndidən, nə Ceymsdən, nə də məndən. Mükəmməl işlər görən güclü işçilərə sahibik. Gördükləri işlərlə daha çox tanınmağa və göz önündə olmağa layiqdirlər. Buna görə də güclü mühəndisin ayrılması bizə təsir etməz, çünki bünövrə güclüdür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 307
Teqlər , , , ,
Paylaş

logo