18 Avqust 2019, Bazar - 15:08

S.Yamamoto Marussia Virgin-in ehtiyat sürücüsüdür

S.Yamamoto Marussia Virgin-in ehtiyat sürücüsüdür

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:01 - 23 Mart, 2011

Sakon Yamamoto mövsümün ilk üç yarışında Marussia Virgin komandasının ehtiyat sürücüsü vəzifəsini yerinə yetirəcək. 28 yaşlı yaponiyalı sürücü 2005-ci ildən […]

Sakon Yamamoto mövsümün ilk üç yarışında Marussia Virgin komandasının ehtiyat sürücüsü vəzifəsini yerinə yetirəcək. 28 yaşlı yaponiyalı sürücü 2005-ci ildən başlayaraq Jordan, Super Aguri, Spyker, Renault и Hispania komandalarında çalışmaqla 27 Qran Pridə starta çıxıb…

Komanda hələlik Yamamotonu trasda işə cəlb etməyi planlaşdırmır – Sakon sadəcə Timo Qlok və Jerom D’Ambrozionu sığortalayacaq.

Sakon Yamamoto: “Mən şadam ki, Avstraliyada Marussia Virgin-in heyətində çalışa biləcəm və bu imkana görə komandaya minnətdaram. Bu il onlar irəliyə doğru böyük addım atıblar və mən inanıram ki, təcrübəmə əsaslanaraq maşının təkmilləşməsinə öz töhfəmi verə biləcəm.

Hamı bilir ki, inid Yaponiyada vəziyyət necə çətindir, ona görə də istənilən yaxşı xəbər çox vacibdir. Ümid edirəm ki, mənim həmyerlilərim bu xəbərə sevinəcəklər. Onlara kömək etmək üçün əlimdən gələni edəcəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 138
Teqlər
Paylaş

logo