Sürücülər təkərlərin ciddi yeyilməsindən ehtiyat edirlər

Valensiya testlərinin ilk iki günündən sonra Formula1-in aparıcı sürücüləri Pirelli təkərlərinin tez yeyilməsi ilə bağlı olan çətinliklərdən gileyləniblər və onlar […]

Valensiya testlərinin ilk iki günündən sonra Formula1-in aparıcı sürücüləri Pirelli təkərlərinin tez yeyilməsi ilə bağlı olan çətinliklərdən gileyləniblər və onlar ehtiyat edirlər ki, bu hal mövsümün sonuna qədər davam edəcək.

Komandalar qeyd ediblər ki, yumşaq tərkibli təkərlərin dağılması ilə sürətlərin ciddi azalması yarış zamanı əsil xaosa çevrilə bilər…

Fernando Alonso: “Təkərlərin stabil işləməsinə nail olmaq asan deyildi. Təzə təkərlə birinci dövrə yaxşı keçir, amma sonra dövrədə 2-3 saniyə itirməyə başlayırsan. 10 dövrədən sonra vəziyyət düzəlir, amma sürət ciddi azalır.

Biz sazlanmalar sahəsində nəsə yeniliklər axtarırıq ki, stabillik əldə edə bilək. Günorta biz uzun dövrələr seriyasından razı qaldıq, amma aydındır ki, vəziyyət hamını narahat edir. Hərçənd, sazlanmalar hesabına və sürmə stilinə dəyişməklə təkərlərlə daha səliqəli davranmaq olar.”

Robert Kubitsa: “Bəli, yeyilmə çox böyükdür. Əgər siz yarışların 4-5 pit-stopla keçməsini istəyirsinizsə, onda hər şey normaldır, amma bu halda bizə daha çox təkər dəsti lazım gələcək! Mən zarafat edirəm. Əslində hər şey konkret tərkibdən asılıdır, amma artıq aydındır ki, daha bərk tərkib özünü yaxşı aparır. Amma bu dənlə örtülmənin problemi deyil – bu yeyilmədir. Gözlənilmədən təkər dağılmağa başlayır.

Çox diqqətli olmaq lazımdır, çünki yarışda biz trasda daha çox qalmağa çalışırıq və belə vəziyyətdə təhlükəsizliyi unutmaq olmaz: bu təkərlərin necə partlamasını görmək istəməzdim.

Məncə, təkərlərin əsil testi Bəhreyndə başlayacaq. Ümid edirəm ki, orda vəziyyət yaxşı olacaq, amma bugünkü kimi qlasa, ciddi çətinliklər olacaq. Sazlanmalar üzərində daha çox düşünməli olacayıq, təkəri qorumağa çalışacayıq.”

Niko Rosberq: “Mən narahat deyiləm. yarışlar daha maraqlı olacaq. Keçən illərdə biz gördük ki, təkərlər pis işləyəndə yarışlar maraqlı keçir, məsələn, keçən il Monrealda olduğu kimi. Ona görə də qorxulu deyil. Əsas odur ki, sizin ixtiyarınızda sürətli maşın olsun. Əgər belə bir maşın olsa, hətta bu vəziyyətdən faydalanmaq olar. Yeri gəlmişkən, Kanadada keçən il təkərlər dənlə örtülürdü, amma Valensiyada bu yoxdur.”

Lyuis Həmilton: “Təkər tərkibləri bir-birindən kəskin fərqlənir – bunu hamı təsdiq edir. Mən dəqiq heç nə deyə bilmərəm. Amma keçən il biz yarşda cəmi bir pit-stop keçirirdik, indi isə təkərlərin yeyilməsi artıb: deməli, iki və ya üç dəfə təkər dəyişməliyik – məncə, bu yaxşdıır.

Şəxsən mənim bir pit-stoplu yarışlardan xoşum gəlmirdi, amma indi yarışlar maraqlı ola bilər. Ümid edirəm ki, 2011-ci ildə yarışların hamısı maraqlı olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*