11 Dekabr 2018, Çərşənbə axşamı - 01:58

Sinqapur-2018: İkinci sərbəst yürüşlər

Sinqapur-2018: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:09 - 14 Sentyabr, 2018

Sinqapurda ikinci məşqlər sıralanma və yarışla eyni vaxtda baş tutduğu üçün komandaların məşq proqramları zəngin olur.

F-1.az xəbər verir ki, birinci məşqlərdən sonra komandalar təkərlərin resursu barədə tam məlumata sahib olmadıqları üçün, ikinci məşqləri tamamilə tərkiblərin resurs və effektivliyinin müqayisəsinə həsr ediblər.

Sauber-in mexanikləri Leklerin maşınını qəzadan sonra bərpa ediblər, ona görə Şarl boksu tərk edən ilk sürücülərdən olub.

Bu dəfə də insidentsiz ötüşməyib. Sayns və Həmilton 2-ci döngədə trasdan çıxıblar, Lyuis Fettelin arxasında əylənmə zonasında 14-cü döngənin təhlükəsizlik cibinə girməli olub. Hartli və Fettel divara sürtülüblər və hər iki sürücü boksa qayıdaraq maşını təftiş üçün mexaniklərə verib. Sebastyan üçün bununla məşqlər başa çatıb.

Sessiyanın sonunda Eriksson 5-ci döngənin çıxışında yerində fırlanıb, amma Markus yoluna davam edə bilib.

HyperSoft tərkiblə bir neçə sürücü trasın mütləq rekordunu yeniləyib, sonda rekord Kimi Rəykkönendə qalıb – 1:38.699.

YerNSürücüKomandaZamanFərqDövrə
17Kimi RəykkönenFerrari1:38.69935
244Lyuis HəmiltonMercedes AMG1:38.710+ 0:00.01120
333Maks FerstappenRed Bull1:39.221+ 0:00.52228
43Daniel RikkardoRed Bull1:39.309+ 0:00.61033
577Valtteri BottasMercedes AMG1:39.368+ 0:00.66933
655Karlos SaynsRenault1:40.274+ 0:01.57536
78Roman QrojanHaas1:40.384+ 0:01.68533
814Fernando AlonsoMcLaren1:40.459+ 0:01.76031
95Sebastyan FettelFerrari1:40.633+ 0:01.93412
1027Niko HülkenberqRenault1:40.668+ 0:01.96935
1111Serxio PeresRacing Point1:40.774+ 0:02.07530
129Markus ErikssonSauber1:40.812+ 0:02.11337
1331Esteban OkonRacing Point1:40.870+ 0:02.17133
1416Şarl LeklerSauber1:41.062+ 0:02.36337
1520Kevin MaqnussenHaas1:41.154+ 0:02.45532
162Stoffel VandornMcLaren1:41.164+ 0:02.46532
1728Brendon HartliToro Rosso1:41.542+ 0:02.84338
1810Pyer QasliToro Rosso1:41.615+ 0:02.91636
1918Ləns StrollWilliams1:42.141+ 0:03.44217
2035Sergey SirotkinWilliams1:42.181+ 0:03.48236

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 323
Teqlər , , , ,
Paylaş

logo