Sürücülər güzgülərin konstruksiyasını dəyişməyə çağırıblar

Formula1 sürücüləri arxanı göstərən güzgülərin konstruksiyasının dəyişdirilməsi üçün məsələyə FİA-nın qarışmasına çağırıblar: onlar narahatdırlar ki, bu il görmə problemi lap […]

Formula1 sürücüləri arxanı göstərən güzgülərin konstruksiyasının dəyişdirilməsi üçün məsələyə FİA-nın qarışmasına çağırıblar: onlar narahatdırlar ki, bu il görmə problemi lap kəskinləşib. Melburnda sərbəst yürüşlərdə və sıralanma turunda bir neçə hal olub ki, sürücülər arxadan gələn maşınları görmədikləri üçün onları bloka salıblar.

Sərbəst yürüşlərdən sonra Pedro de la Rosaya xəbərdarlıq edilib, Mixael Şumaher isə Fernando Alonso və Lyuis Həmiltondan narazı qalıb. Əsas problem güzgülərin konstruksiyasındadır: məsələn, Ferrari və Red Bull maşınlarında güzgülər yan pantonların lap kənarında yerləşdirilib.

Rubens Barrikello: “Ümid edirəm ki, biz öz təkliflərimizi verəcəyik, çünki GPDA güzgülərin əvvəlki yerinə qaytarılması məsələsini araşdırır – biz bunu cümə günü sürücülərin brifinqində müzakirə etmişdik. Hamı açıq danışıb və Lyuis Həmiltondan başqa hamı etiraf edib ki, çətinlik çəkirlər. Problem ondadır ki, ön plana aerodinamikanı çəkirlər, amma künclərdə yerləşdirilmiş güzgülər vibrasiya edirlər.”

Cümə günü sürücülərin brifinqində Pedro de la Rosa yarış direktoru Çarli Uaytinqlə uzun müddət söhbət edib, sonra isə ispaniyalı sürücü bildirib: “Güzgülərlə hamının problemi var. Məsələ ondadır ki, güzgülər yan pantonların üzərinə bərkidilib və görməni məhdudlaşdırır, vibrasiya üzündən isə arxada baş verənləri seçmək çox çətindir.

Əgər radio ilə daxil olan məlumat kifayət etməsə, sürücüyə çətin olacaq. Əgər rəqibin maşını səndən arxadadırsa, onu görmək mümkündür, amma səndən iki saniyəlik məsafədə olanda görmək mümkün deyil. Bu ümumi problemdir, axı indi güzgülər aerodinamik elementlərdir.

Güzgüləri monokokun üzərinə qaytarmaq lazımdır, əvvəllər olduğu kimi – bu yerdə oblar öz işlərini daha yaxşı görürlər. İndi isə onlar asfalta yatma qüvvəsinin yaranmasında iştirak edirlər – bu reallıqdır. Ona görə də kompromis tampaq lazımdır, axı bundan təhlükəsizlik asılıdır. Sürücülərin əksəriyyəti bununla razıdır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*