Sürücülər boykotu davam etdirə bilərlər

Formula1 sürücüləri Melburnda yarışdan əvvəl boykotlarını davam etdirə bilərlər – Berni Ekklstoun sürücülərin şəxsi fizioterapevtlərini start sahəsinə buraxmamağı qərara alıb. […]

Formula1 sürücüləri Melburnda yarışdan əvvəl boykotlarını davam etdirə bilərlər – Berni Ekklstoun sürücülərin şəxsi fizioterapevtlərini start sahəsinə buraxmamağı qərara alıb. Bəhreyndə də eyni hal baş vermişdi, sürücülərdən biri Britaniyanın Autosport qəzetinə bildirib ki, sürücülər öz aralarında növbəti yarış barədə razılıq əldə ediblər.

Ekklstoun start sahəsində adamların çoxluğunu bəhanə edərək, fizioterapevtlərin starta çıxmasını qadağan edib. Çempionatın kommersiya başçısı bildirib ki, əgər sürücülərə mütəxəssis köməyi lazımdırsa, həkimlərini komandanın heyətinə daxil etməlidirlər – komandalar isə hər bir yarışa startda işləyən məhdud sayda mütəxəssislə gəlirlər.

Əgər problem Melburna qədər həll olunmasa, böyük teleşirkətlərin jurnalistləri startdan əvvəl heç bir sürücüdən müsahibə ala bilməyəcəklər – sürücülər maşınlar start düzlüyünə çıxardıqdan sonra start proseduruna qədər bokslarda oturacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*