15 Sentyabr 2019, Bazar - 18:02

Stefan GP komandasına beş namizəd…

Stefan GP komandasına beş namizəd…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:44 - 11 Fevral, 2010

Serbiyanın Stefan GP komandası Bəhreyndə starta çıxmaq şansı qazanarsa, komandanın hazırladığı maşınları trasa kimlər çıxaracaq – hələlik mətbuatda yalnız Kazuki […]

Serbiyanın Stefan GP komandası Bəhreyndə starta çıxmaq şansı qazanarsa, komandanın hazırladığı maşınları trasa kimlər çıxaracaq – hələlik mətbuatda yalnız Kazuki Nakacima və Ralf Şumaherin adları çəkilsə də, digər namizədlər də var.

Kazuki ilə müqavilənin bağlanması Zoran Stefanoviçin Toyota ilə əməkdaşlığı fonunda məntiqi görünür, yaponiyalı sürücünün öz növbəsində həm təcrübəsi, həm də sponsor dəstəyi var. Ralfın namizədliyini Berni Ekklstoun səsləndirib, çempionatın kommersiya başçısının mövqeyi bəlkə də FİA-dan icazə almağa kömək edə bilər, amma digər namizədləri də qeyd etmək lazımdır.

Britaniyalı ekspert Adam Kuper hesab edir ki, vakansiyalardan birini Bruno Senna, Roman Qrojan və ya Kristian Klin tuta bilər – onların hər birinin müsbət cəhəti var. Brunonun Campos-la müqaviləsi komandanın maliyyə problemləri üzündən pozula bilər, amma əfsanəvi soyad, GP2-nin vitse çempionu statusu və Ayrton Senna fondunun dəstəyi bu siyahıda braziliyalı sürücünü favorit edir.

Stefan GP komandasının çempionatda iştirakı bir çox faktorlardan asılıdır, amma arxada qalan hər həftədən sonra komandanın şansı artır – Campos və US F1 komandaları barədə isə hələ heç bir məlumat yoxdur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 197
Teqlər
Paylaş

logo