S.Robertson: “Biz Red Bull-la danışıqlar aparmırıq”

Kimi Rəykkönenin meneceri Stiv Robertson bildirib ki, finlandiyalı sürücü Red Bull komandası ilə heç bir danışıq aparmayıb. Yaponiya Qran Prisində […]

Kimi Rəykkönenin meneceri Stiv Robertson bildirib ki, finlandiyalı sürücü Red Bull komandası ilə heç bir danışıq aparmayıb. Yaponiya Qran Prisində şayiələr peyda olub ki, Robertson Red Bull rəhbərliyi ilə görüşüb və guya Kiminin gələn il bu komandaya keçməsini müzakirə edib…

Stiv Robertson: “Bəzən insanlar faktları istədikləri kimi yozurlar. Kimi sadəcə enerjili içkilər istehsal edən Red Bull şirkəti ilə müqavilə bağlayıb. Bu da adi bir şeydir.

Gələn mövsümə gəlincə, vəziyyət dəyişməyib. Biz müxtəlif komandalarla danışıqlar aparırıq, bütün variantları ölçüb-biçirik. Amma Red Bull komandası ilə biz danışıqlar aparmırıq, bu komandanın gələn mövsüm üçün heyəti artıq müəyyən edilib.”

Xatırladaq ki, Red Bull komandası Sebastyan Fettel və Mark Uebberin gələn il komandada çıxış etməsini rəsmən təsdiqləyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*