Mixael Şumaxerin ailəsinin bəyanatı

Bu gün yeddiqat dünya çempionunun ailəsi sürücünün50 illik yubileyi ərəfəsində rəsmi bəyanat dərc edib.

F-1.az bəyanatı təqdim edir: “Mixaelin 50 illik yubileyini qeyd etdiyiniz üçün xoşbəxtik və dərin minnətdarlığımızı bildiririk. Bu münasibətlə Keep Fighting fondu virtual muzey yaradıb və sabahdan “Schumacher. The official App” tətbiqinə yerləşdiriləcək. Ümid edirik ki, bəyənəcəksiz.

Bizim kimi, Mixael özü də uğurları ilə qürur duya bilər. Biz onun uğurlarını Kölndə sərgilənən şəxsi kolleksiyası ilə, sosial şəbəkələrdəki paylaşımlarla, Keep Flighting fondunun xeyriyyə tədbirləri ilə xatırlayırıq.

Arxayən olun ki, Mixael əmin əllərdədir. Ona kömək etmək üçün əlimizdən gələni edirik. Xahiş edirik, onun istəklərini yerinə yetirmək arzumuzu və səhhəti kimi həssas bir mövzunu məxfi saxlamağımızı anlayışla qarşılayın. Dəstəyiniz üçün təşəkkür edirik və 2019-cu ildə sizə xoşbəxtlik və sağlamlıq diləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*