Sinqapurun üç döngəsinə ad verilib

Biz artıq Sinqapur Qran Prisinin təşklatçılarının dünya azarkeşləri arasında elan etdikləri müsabiqədən yazmışdıq. Məxsusi münsiflər heyəti toplanmış variantların üçsaatlıq müzakirəsindən sonra 1-ci, 7-ci və 10-cu döngələr üçün ən uğurlu ad təklif etmiş qalibləri müəyyən edib - müsabiqədə yerli azarkeşlər qalib gəliblər.

Bundan sonra birinci döngə ölkənin prezidenti Bencamin Henri Şiyersin şərəfinə Sheares adlanacaq, həm də tras eyniadlı körpünün üzərindən keçir. Yeddinci döngə yaxınlıqda yerləşən İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ucadılmış hərbi memorialın şərəfinə Memorial adlanacaq. Onuncu döngə isə daha maraqlı ad alıb: Singapore Sling – bu həm döngənin xarakteristikasını (Sling həm də sapand, quşatan kimi tərcümə olunur), həm də bütün dünyada məşhur olan yerli alkohollu kokteylin adını əks etdirir.

F-1.az bildirir ki, müsabiqənin qalibləri yaxşı mükafatlar alıblar – sentyabrda yarış uik-endin hər üç gününə VİP-biletlər, bokslara səyahət və Sinqapur Qran Prisinin tarixində yer…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*