Silverstounda yeni boks kompleksi açılıb

Bu gün Silverstounda yeni boks kompleksi və paddok açılıb – təşkilatçılar bu layihəyə 27 milyon funt xərcləyiblər. Çoxları hesab edir […]

Bu gün Silverstounda yeni boks kompleksi və paddok açılıb – təşkilatçılar bu layihəyə 27 milyon funt xərcləyiblər. Çoxları hesab edir ki, Club və Abbey döngələri arasında yerləşən yeni “Qanad” kompleksi Silverstounu dünyanın ən yaxşı avtodromuna çevirəcək.

Lyihəni 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunları üçün mərkəzi stadionun layihəsini hazırlayan arxitektor bürosu işləyib. Tikinti işləri isə keçən il başlayıb və vaxtında başa çatıb, qarşıdakı Böyük Britaniya Qran Prisi günlərində komandalar yeni üçmərtəbəli kompleksdən istifadə edəcəklər – kompleksə maşınlar üçün 41 boks, yarışa nəzarət mərkəzi, podium, mətbuat mərkəzi və VİP qonaqlar üçün otaq daxildir.

Dəymon Hill, Britaniya sürücülər klubun prezidenti: “Biz çətin anları arxada qoyduq, amma indi Silverstounun təvimdə yeri daimidir və biz əminik ki, sərmayə özünü doğruldacaq. Bu ilin Qran Prisi və başqa irimiqyaslı tədbirlər yeni kompleksdə keçəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*