D.Rikkardo: “Monakoda şansımız var”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Monakoda qələbə qazanmaq üçün şansları var.

F-1.az xatırladır ki, Red Bull komandası Monakoda son illərdə çox uğurlu nəticələr qazanıb. Avstriyalılar 2010-cu ildən bəri Monte Karlodakı bütün yarışlarda ən pis halda 3-cü (2015-ci il istisna olmaqla) yeri tutublar. Ümumilikdə isə “qırmızı öküzlər” avtoidmanın brilyant qaşı hesab olunan bu trasda 3 dəfə qalib gəlməklə, 9 dəfə podiuma yüksəliblər. Red Bull komandası tarixindəki ilk podiumu 2006-cı ildə Monakoda əldə edib.

Daniel Rikkardo: “Burada əvvəldən proqnoz vermək mümkünsüzdür. Bəhreyndə rəqiblərimizlə fərqi azaltsaq da, yeniliklərdən sonra fərq eyni qaldı. Monakoda isə fərqi azaltmaq üçün yaxşı şansımız var. Əgər hər şeyi bir araya gətirsək, Ferrari və Mercedes sürücülərinin arasına girə bilərik. Hər il Monakoda çox əylənirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*