L.Həmilton: “Keçənilkindən güclüyük”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Monakoda keçən ilə nisbətən çox güclüdürlər.

F-1.az xatırladır ki, “gümüşü oxlar” keçənilki Monako Qran Prisində zəif təsir bağışlamış və yarışda podiuma yüksələ bilməmişdilər. Monako keçən il Mercedes-in podiumsuz qaldığı yeganə yarış idi.

Mercedes bu il də Monakoda həftəsonuna mükəmməl başlamayıb. Həmilton lider Rikkardodan 0.7 saniyə geridə qalıb.

Lyuis Həmilton: “Yaxşı gün idi. Problem olmadı. Red Bull-ların sürətli olacağını demişdim. Bu gün də gözlənildiyi kimi sürətli idilər. Biz bir az çox problem yaşadıq. Bolid bəzi yerlərdə güclü idi, bəzi yerlərdə pis. Bu da hələ hazır olmadığımızı göstərir. Bəzi sahələr üzərində işləməliyik. Amma tamamilə də itib batdığımızı deyə bilmərəm. Keçən ilə nisbətən çox güclüyük. Red Bull və Ferrari-yə gözləniləndən çox yaxın olduq. Amma bir az da inkişaf etməliyik. Monakoda qalib gəlmək üçün çox işləməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*