L.Həmilton Mercedes-i talamaq istəyir

İtaliya mətbuatının yazdığı xəbərə əsasənMaks Ferstappenin komandası Red Bull-la yeni üçillik müqavilə yeniləməsi Mercedes-in planlarını alt-üst edib.

F-1.az İtaliya mətbuatına istinadən xəbər vermişdi ki, Lyuis Həmilton “gümüşü oxlar”la yeni ikiillik müqavilə bağlamağa yaxındır. Lakin Ferstappenin müqaviləsi uzadıldıqdan sonra Həmilton fikrini dəyişib.

İspaniyanın Marca və İtaliyanın Corriere dello Sport nəşrləri xəbər verir ki, artıq britaniyalı pilot 2 yox, 4 illik müqavilə istəyir. İlinə isə əvvəlki kimi 42 milyon avro maaş əvəzinə 55 ya da 60 milyon avro tələb edir. Əgər bu məsələ alınsa, altıqat Dünya Çempionu 4 ilə 220-240 milyon avro qazanacaq.

Lakin Mercedes rəhbərliyi xərcləri azaltmaq istədiyi üçün Həmiltona illik 45 milyon avro təklif edir. Hələlik danışıqlar istənilən səviyyədə getmir. Almaniya komandası isə Sebastyan Fettel və Daniel Rikkardo alternativlərini dəyərləndirir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*