L.Həmilton Red Bull-a keçmək istəyib?

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Lyuis Həmilton 2012-ci və 2013-cü illərdə onlarla danışıqlar aparıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Meksikada yarışında karyerasının 4-cü Dünya Çempionluğunu qazanmışdı.

Kristian Horner: “Daha əvvəl bizə transferi ilə bağlı danışıqlar getmişdi. Amma Həmilton mükəmməl sürücüdür və istedadı yüksək səviyyədədir. Onunla, deyəsən, 2012-ci ilin sonunda danışıqlar aparmışdıq.

O vaxtı bizimlə yarışmağa can atırdı. 2012-ci ildə Red Bull-a gəlmək istəsə də, Sebastyan komandada idi və boş yer yox idi. 2013-cü ildə bizimlə yarışmaq istəsə də, Mercedes-ə keçdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*