Silverstounda tarixi maşınların paradı keçiriləcək

Britaniya Qran Prisi ərəfəsində Silverstoun trasında tarixi Formula1 maşınlarının paradları keçiriləcək.

F-1.az xəbər verir ki, bu paradlarda belə maşınlara sahib olan hər kəs iştirak edə bilər. Paradın təşkilatçısı Officina Caira tərəfindən dərc edilmiş mesaja görə, istənilən köhnə Formula1 maşınının sahibi bu möhtəşəm trası unikal azarkeş auditoriyası qarşısında keçə, tarixi padokda unudulmaz emosiyalar yaşaya, həmçinin məşhur sürücülərlə ünsiyyət qurmaq imkanı qazana bilər.

Düzdür, təşkilatçılar xəbərdarlıq edirlər ki, start düzümündə yerlər getdikcə azalır. Tarixi avtomobillərin yarışları cümə axşamından başlayaraq hər gün keçiriləcək və 15 dəqiqə davam edəcək. İştirakçılara VIP qonaqlar üçün qonaq zonasına giriş və təbii ki, tam yemək təmin edilir. Amma bütün bunlar üçün 2500 avro ödəməli olacaqsınız, lakin bu pula avtomobilin sahibi özü ilə beş nəfəri dəvət edə bilər.

Xatırladaq ki, Britaniya Qran Prisi 7-9 iyul tarixlərində Silverstoun trasında baş tutacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*