S.Fettel: “Yarışda 3-4 pit-stop olacaq”

Sonuncu dünya çempionu Sebastyan Fettel hesab edir ki, Pirelli təkərləri daha tez yeyildiyi üçün Qran Prinin gedişində sürücülər ən azı […]

Sonuncu dünya çempionu Sebastyan Fettel hesab edir ki, Pirelli təkərləri daha tez yeyildiyi üçün Qran Prinin gedişində sürücülər ən azı 3-4 pit-stop edəcəklər, çünki bokslara bir və ya iki müraciət üzərində qurulmuş taktiki sxemlər qarşıdakı mövsümdə effektiv olmayacaq.

Sebastyan Fettel: “Təkərlər bizim əvvəlki illərdə istifadə etdiklərimizdə kəskin fərqlənir, amma hər halda hamı eyni vəziyyətdə olacaq. Məncə, yarışlar başqa cür olacaq. Düşünürəm ki, bir pit-stoplu variant mümkün deyil, hətta iki pit-stop da kifayət etməyəcək. Ona görə də boksa üç və ya dörd dəfə müraciət etmək lazım gələcək. Hesab edirəm ki, bu maraqlı olacaq.

Məsələ bundadır ki, bu bizim üçün yaxşıdır, yoxsa pisdir? Hələlik demək çətindir, çünki aydındır ki, əvvəlcə hər şeyi görmək lazımdır, baxaq görək ilk yarışlar necə keçəcək. Lakin bizim ötmələri asanlaşdıran arxa antiqanadın hərəkətli elementi olacaq – bu da çoxlu suallar doğurur. Bütün suallara cavabı çempionatın startından sonra alacayıq.

KERS demək olar ki, hamıda olacaq, ona görə bu sahədə kiminsə üstün olmasına inanmıram, arxa antiqanad isə başqa məslədir, çünki yarış zamanı ondan yalnız hücum üçün istifadə etmək olar. Ümid edirəm ki, bu element ötmələri çox asanlaşdırmayacaq, çünki əks halda yarışlar süniləşəcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*