S.Fettel: “Sürücüləri təhlükəsizlik problemləri narahat edir”

Dünya çempionu Sebastyan Fettel xəbərdarlıq edib ki, əgər 2011-ci ildə tətbiq olunacaq texniki yeniliklər təhlükəsizliyə neqativ təsir etməsi müəyyən olunarsa, […]

Dünya çempionu Sebastyan Fettel xəbərdarlıq edib ki, əgər 2011-ci ildə tətbiq olunacaq texniki yeniliklər təhlükəsizliyə neqativ təsir etməsi müəyyən olunarsa, Formula1 sürücüləri tətil elan edə bilərlər.

Londonda dərc olunan The Mirror qəzetinin yazdığına görə, Red Bull sürücüsü ehtiyat edir ki, ötmələri asanlaşdırmaq üçün nəzərdə tutulan idarəolunan arxa antiqanadlar ciddi qəzalara səbəb ola bilərlər. Almaniyal sürücü bir daha keçən il Valensiyada Mark Uebberin qəzasını xatırladıb…

Sebastyan Fettel: “Sürücülərin əksəriyyəti hesab edir ki, təhlükəsizliklə bağlı problemlər ortaya çıxa bilər. Ən başlıcası odur ki, sürücülər yekdil olmalıdırlar.

Əgər biz bir yerdə olsaq, onda bizim mövqeyimiz güclü olacaq. Biz deyə bilərik ki, “yaxşı, onda biz starta çıxmayacayıq.” Bu o demək deyil ki, biz mütləq tətil edəcəyik. Əvvəlcə FİA ilə birlikdə problemin həlli yollarını axtaracayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*