27 İyun 2019, Cümə axşamı - 00:14

S.Fettel pula və alkohola qarşı biganədir

S.Fettel pula və alkohola qarşı biganədir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:52 - 24 Yanvar, 2010

Keçmiş illərin əfsanəvi sürücüləri trasda qazandıqları uğuru axşam barlarda qeyd etməyi yaddan çıxarmırdılar, amma zəmanə dəyişib, Formula1 ildən-ilə gəncləşir və […]

Keçmiş illərin əfsanəvi sürücüləri trasda qazandıqları uğuru axşam barlarda qeyd etməyi yaddan çıxarmırdılar, amma zəmanə dəyişib, Formula1 ildən-ilə gəncləşir və sürücülərin yeni nəsli idman rejimini gözləməyə daha ciddi əməl edir. Auto Bild Motorsport-a müsahibəsində Sebastyan Fettel etiraf edib ki, alkohola qarşı biganədir və almanların ənənəvi içkisi olan pivəni heç xoşlamır…

Sebastyan Fettel: “Mən pivəni xoşlamıram, dadı mənə çox acı gəlir – bəlkə mən hələ bunun üçün çox gəncəm. Çox nadir hallarda bir qədəh çaxır və ya pivə içirəm, onu da sadəcə ənənə xatirinə.

Mən başqa cür tərbiyə almışam, mən özümü ulduz kimi hiss etmirəm, pul məni maraqlandırmır. Qeyri-adi hisslər, məsələn, Monsada ilk qələbədən yaşadığım sevinc məni xoşbəxt edir, qələbə qazanarkən mən pul barədə düşünmürəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 248
Teqlər
Paylaş

logo