Andrea Stella: “Pit-stopadək Oskar birinci və ikinci döngələrdəki hərəkətləri sayəsində haqlı olaraq lider idi. O, qələbə uğrunda mübarizə aparmaq şansına layiq idi.
Başqa traslarda Lando, ehtimal ki, Oskarı ötüb keçərdi. Amma Macarıstanda ötmək çətindir və bunun üçün böyük sürət üstünlüyü lazımdır. Buna görə də biz Oskara, yarış prinsiplərimizə sadiq qalaraq, qələbə üçün mübarizə aparmaq imkanı verməkdən məmnun idik.
Çox amilləri nəzərə almaq lazımdır. Amma, məncə, Macarıstanda, yarış prinsiplərimiz baxımından, biz hər şeyi düzgün etdik. Buna görə də Oskara və Landoya təşəkkür etməliyəm, çünki bu iki pilot yarış üslubumuzu qəbul edib dəstəkləməsəydilər, bu mümkün olmazdı.
Yarışı təhlil edərkən görünür ki, Həmilton pit-stoplarda hər iki McLaren maşınını qabaqlaya bilərdi, buna görə də bizim reaksiya verməyimiz lazım gəldi. Biz əmin olmalı idik ki, maşınlarımızdan biri Həmiltonun qabağında qalsın. Biz Oskar və Lando arasında seçim edirdik. Oskar lider idi, buna görə də pit-stop üçün onun maşınının daha uyğun olduğuna qərar verdik. Bu Lando üçün yeni strategiya variantlarını açdı. Məsələ Oskara və ya Landoya üstünlük vermək deyildi; əsas məqsəd Ferrari-nin önə keçməsinə imkan verməmək idi.
İstifadə olunmuş təkərlərdə Lando demək olar ki, təzə təkərlərdəki maşınlara sürət baxımından uduzmadı. Elə məhz bu ona qələbə qazandırdı. Bu onun sürəti sayəsində əldə olunan qələbə idi və Landonun bundan istifadə etmək imkanı vardı, amma bu komandadan bilərəkdən belə bir vəziyyət yaratmaq demək deyildi. Komanda sadəcə Həmiltonun hərəkətlərinə reaksiya verməli idi”.




