S.Fettel: “Mənə komanda yoldaşı ilə pivə içməyə gedən sürücü göstərin”

Dünya çempionatının dördüncü mərhələsi ərəfəsində çempionatın lideri Sebastyan Fettel əmindir ki, nə təkərlərlə potensial problemlər, nə də komanda yoldaşı Mark […]

Dünya çempionatının dördüncü mərhələsi ərəfəsində çempionatın lideri Sebastyan Fettel əmindir ki, nə təkərlərlə potensial problemlər, nə də komanda yoldaşı Mark Uebberlə keçənilki yarışda toqquşması onun psixoloji rahatlığını poza bilməzlər. Bu barədə almaniyalı sürücü İstanbul Parkda jurnalistlərə bildirib…

Sebastyan Fettel: “Əgər hətta kimsə təkərlər üzündən narahatdırsa, mən qəti əminəm: əgər həzz almaq istəyirsənsə, sonuncu yerlərdən start al, əgər qələbə qazanamq istəyirsənsə, pouldan start al. Yəni mən sıralanma turunda başqa taktika seçməyəcəm.”

Mark sonuncu yarışda Lyuis Həmiltonun qələbəsini şərh edərkən bildirmişdi ki, “nəhayət kimsə bir başqası qələbə qazandı və bu qələbə Formula1 üçün xeyirlidir”, Fettel bu sözləri diqqətsiz buraxmayıb: “Biz heç də çox yaxın dost deyilik, amma mənə axşam komanda yoldaşı ilə bara pivə içməyə gedən sürücü göstərin. Amma ümumən mən Markla münasibətlərimdən razıyam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*