S.Fettel: “Bu gün biz çox şey öyrəndik”

Çin Qran Prisinin finişindən sonra dünya çempionu Sebastyan Fettel 2011-ci il mövsümündə ilk dəfə qələbə qazana bilmədikdən sonra etiraf edib […]

Çin Qran Prisinin finişindən sonra dünya çempionu Sebastyan Fettel 2011-ci il mövsümündə ilk dəfə qələbə qazana bilmədikdən sonra etiraf edib ki, Red Bull komandasının seçdiyi iki pit-stoplu taktika seçimi səhv addım idi. Son dövrələrdə alman sürücünün daha təzə təkərlərlə trasda olan Lyuis Həmiltona qarşı heç bir arqumenti qalmayıb…

Sebastyan Fettel: “Deyəsən, biz iki pit-stop taktikasını seçməkdə səhv etdik. Yarışın ikinci hissəsi bir az da uzun olmalı idi, amma son hissədə bərk təkərlərə keçdikdən sonra mən Lyuisin hər dövrə mənə yaxınlaşdığını gördüm. Tam qüvvə ilə müqavimət göstərməyin heç bir mənası yox idi, mən çox vaxt itirmədən öz mövqeyimi qorumağa çalışırdım.

Biz müəyyən səhvlərə yol verdik, bizim müəyyən çətinliklərimiz var idi, amma istənilən halda mən finişdə ikinci oldum və bundan razıyam. Lyuis və McLaren-i təbrik edirəm – onlar göstərdilər ki, yarışda müxtəlif variantları yoxlamaqla siz riks edirsiniz. Təbii ki, belə bir vəziyyətdə kimsə bizi keçə bilər.

Bu gün biz çox şey öyrəndik. İki pit-stop keçirərək podium qazanan yeganə sürücü oldum, ona görə də axşam bir çox məlumatları təhlil etməliyik.

Amma startda mən uduzdum, düşünürəm ki, ideal alınmadı start. Həm də trasın sol tərəfi heç də təmiz deyildi. Nəticədə hər iki McLaren sürücüsü birinci döngədə məni qabaqladılar.

Düzdür, yarışın gedişində mən Lyuisi keçdim, sonra pit-stopda isə Censonu da qabaqladım – britaniyalı sürücü bizim mexaniklərin yanında dayanmaqla vaxt itirmişdi. Bu mənim üçün sürpriz oldu. Keçən il Toro Rosso sürücülərindən biri səhvən bizim boksa girmişdi, bilmirəm başqa sürücüləri bizim bokslar nə ilə cəlb edir… Bizim mexaniklər soyuqqanlı oldular və mən irəli çıxdım.

Yarışın ikinci hissəsi problemlər üzə çıxdı. Əvvəl radiodanışıqlar kəsildi, sonra KERS zəif işlədi. Adətən biz təkərlərin vəziyyəti, trasdakı vəziyyət barədə məlumatları mexaniklərə ötürürük. Mən komandaya sual verirdim, amma cavab ala bilmirdim. KERS isə elə startda problemlər yaratmışdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*