S.Domenikali: “İstefa barədə düşünürdüm…”

Ferrari komandasının başçısı Stefano Domenikali italiyalı jurnalaistlərə müsahibəsində etiraf edib ki, Skuderiyanın çempion titulunu uduzduğu 2010-cu il Abu Dabi yarışından […]

Ferrari komandasının başçısı Stefano Domenikali italiyalı jurnalaistlərə müsahibəsində etiraf edib ki, Skuderiyanın çempion titulunu uduzduğu 2010-cu il Abu Dabi yarışından sonra istefaya yaxın imiş…

Stefano Domenikali: “Abu Dabi yarışından sonra mən istefa barədə ciddi düşündüm. Amma bir müddət sonra nəticə çxıardım ki, bu düzgün addım olmayacaq, çünki mən komandanı yaxşı tanıdığım üçün hər cür uğursuzluqdan sonra yenidən onu səfərbər edə bilən birisiyəm. Son vaxtlar biz Maranelloda təşkilati cəhətdən çox şeyi dəyişmişik və mən əminəm ki, tezliklə bizim işimizin nəticəsini görəcəksiniz.

Keçən il bizim iki problemimiz oldu: Red Bull-a sürətdə uduzan maşın və Abu Dabidə taktiki səhv. Bu səhv bizə baha başa gəldi, hərçənd, adi bir yarışda belə səhv gülcü rezonans doğurmazdı.”

Domenikalinin fikrincə, məhz maşının texniki cəhətdən zəif olması Ferrari-nin 2010-cu ildə məğlubiyyətinin başlıca faktorudur…

Stefano Domenikali: “Keçən il bizim maşın Red Bull-a sıralanma turunda 0.4 saniyə, yarışda isə 0.2 saniyə uduzurdu. Builki müövsümün birinci yarışına biz bu geriqalmanı aradan qaldırmağa çalışmalıyıq. çempionatda qələbə qazanmaq üçün üç şey laızmdır: sürətli və stabil sürücülər, komandanın shəvsiz işi və lazımi anda bəxtin gətirməsi. Amma bundan əvvəl birinci növbədə yaxşı maşın olmalıdır ki, bütün bu üç şeyin yarışın taleyinə müdaxiləsini minimuma endirsin.

Keçən il biz maşını sıfırdan qurmuşduq, çünki əvvəlki model uğursuz alınmışdı. Amma indi bizim əlimizdə güclü baza var, xüsusilə də nəzərə alsaq ki, bu il texniki reqlamentdə ciddi dəyişiklik yoxdur.

Keçənilki çempionatda titul uğrunda mübarizə əsil döyüşə çevrildi, amma qarşıdakı mövsüm daha gərgin olacaq. Red Bull-a yanaşı biz McLaren-dən də güclü çıxış gözləyirik, Mercedes də liderlərin mübarizəsinə qatılmaq üçün əlindən gələni edəcək.”

Yeni mövsümdə əsas rəqib kimi hesab edir – sualına Domenikali qısa cavab verib: “Fetteli…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*