F.Alonso hər iki bolidlə finiş görmək istəyir

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Rusiya yarışındakı əsas məqsədləri iki bolidlə də xallar qazanmaqdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu mövsüm heç bir yarışda finişə çata bilməyib. Vandorn isə sadəcə Avstraliyada 13-cü yeri tuta bilib.

Fernando Alonso: “Soçi çox qəribə trasdır. Fərqli trasların qarışığı kimidir və əyləncəli quruluşu var. İki dənə çox uzun və yumşaq döngəsi var. Bu da hazırkı paketimizlə rəqabətədavamlı olmağımıza imkan vermir. Amma bolidimiz döngələrdə əla performans göstərir və bu üstünlükdən istifadə etmək istəyirik. İki bolidlə də finişə çatmaq komanda üçün ən yaxşı nəticə olar. Heyif ki, əvvəlki yarışlarda çox sayda etibarlılıq problemi yaşadıq. Artıq buna son qoymaq istəyirik. Bəhreyndəki testlərdə çox gözəl məlumatlar topladıq və problemsiz bir gün keçirdik. Ümid edirəm ki, bu irəliyə doğru atılan addımdır və davamını gətirərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*