15 Dekabr 2019, Bazar - 14:16

Schuberth şlemin konstruksiyasını təkmilləşdirib

Schuberth şlemin konstruksiyasını təkmilləşdirib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:05 - 09 Avqust, 2009

Yarış şlemləri hazırlayan məşhur Schuberth şirkəti Felipe Massanın qəzasının nəticələrinə operativ reaksiya verib. Hunqarorinqdə sürücünün şlemi 800 qramlıq yayın 265 […]

Yarış şlemləri hazırlayan məşhur Schuberth şirkəti Felipe Massanın qəzasının nəticələrinə operativ reaksiya verib. Hunqarorinqdə sürücünün şlemi 800 qramlıq yayın 265 km/saat sürətlə zərbəsinə tab gətirmiş, amma vizorun bərkidilmə yeri dözmədiyindən sürücü ciddi zədələr almışdı. İndi şlemin konstruksiyası təkmilləşdirilib, vizorun şlemlə təmasda olduğu ərazi titandan hazırlanıb – yeni şlemi Mixael Şumaher Avropa Qran Prisində yoxlayacaq.

Oliver Şimpf, Schuberth: “Felipenin şlemində vizor qopmuşdu, indi biz şlemin konstruksiyasını gücləndirmişik, vizorun şlemlə təmas olduğu ərazi plastmas vəvəzinə titandan olacaq.”

Almaniyanın Bild qəzeti yazır ki, qayıtması münasibətilə bir qədər başqa cür rənglənmiş Mixael Şumaherin yeni şlemi 12 min Avrodur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 298
Teqlər
Paylaş

logo