İştirakçılar Avropada intensiv testlərdən keçməli olacaqlar

F-1.az bildirir ki, Formula1-in idman direktoru Ross Braun Sky Sports-a müsahibəsində Avropadakı yarışlarda təhlükəsizliyin vacibliyi barədə də danışıb.

Ross Braun: “Bu məsələdə FİA ilə birlikdə işləyirik. Federasiya pandemiya dövründə yarışları keçirməmizə kömək edəcək bir sistem qurmaq üçün çox uğurlu iş görüb. Bütün iştirakçılara test tətbiq ediləcək və sertifikat veriləcək. Daha sonra isə paddokda hər iki gündən bir koronavirus testindən keçməli olacaqlar.

Bu sistemi Avropadakı bütün yarışlarda tətbiq edəcəyik. Biz əmin olmalıyıq ki, bütün iştirakçıların test nəticələri neqativdir. Komanda daxilində çalışan əməkdaşları 1.5 metrlik sosial məsafə saxlamağa məcbur etməyəcəyik, lakin hər komandanın hər bir bölümünün ayrıca öz iş üçün sahəsi olacaq. Komandaların hamısını fərqli otellərə yerləşdirəcəyik və bu il üçün Avropadakı yarışlarda motorhoum olmayacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*