R.Braun Ferrari-ni tənqid edib

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Ferrari artıq tituldan uzaqlaşır.

F-1.az xatırladır ki, Fettel sonuncu Monako yarışında Bottasın problem yaşaması və Ferstappenin cəza alması ilə ikinci olub və bu mövsüm Ferrari-yə ən yaxşı nəticəni qazandırıb. Lakin hazırda “qırmızılar” lider Mercedes-dən 118 xal geridə qalır.

Ros Braun: “Mövsümün ən yaxşı nəticəsini qazansalar da, Ferrari üçün çətin həftəsonu oldu. Fettel yarış ərzində Ferstappenin gerisində qaldı. Ona təzyiq göstərə bilmədi. Ferrari Monakoda ən sürətli üçüncü komanda idi. Barselonada son sektorda çox geridə qalırdılar. Buna görə gözlənilən idi. Titul Maranello komandasından uzaqlaşır. Ancaq təslim olmaq lazım deyil. Səhvlərindən dərs çıxarmalıdırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*