14 Oktyabr 2019, Bazar ertəsi - 00:18

S.Burde şayiələri təkzib edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:05 - 11 İyul, 2009

Bu gün biz Fransanın Auto Hebdo qəzetinin yaydığı məlumat barədə bildirmişdik, məlumata görə, Burdenin müqaviləsində həlledici rolu Almaniya Qran Prisi […]

Bu gün biz Fransanın Auto Hebdo qəzetinin yaydığı məlumat barədə bildirmişdik, məlumata görə, Burdenin müqaviləsində həlledici rolu Almaniya Qran Prisi oynaya bilər və əgər sürücü uğursuz iştirak edərsə, onun əvəz olunması istisna olunmur. Nürburqrinqdə jurnaistlər Sebastyendən şərh verməyi xahiş ediblər…

Sebastyen Burde: “Belə şayiələr keçən ilin ortalarında yayılır. Mən nə deyə bilərəm? Komanda mənə deməyib ki, Almaniya yarışı mənim üçün sonuncu ola bilər, ona görə bu məlumat hələlik ancaq şayiədir. Mən diqqətimi işimə cəmləmişəm, başqalarının dediklərinə mən təsir edə bilmərəm. Mənim müqaviləmdə bu ilin bütün yarışları nəzərdə tutulub, mən də bütün yarışlarda sükan arxasına oturmağı planlaşdırmışam. Qalan məlumatların heç bir mənası yoxdur.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 256
Teqlər
Paylaş

logo