17 Sentyabr 2019, Çərşənbə axşamı - 14:51

S.Buemi: “Fantastik gündür!”

S.Buemi: “Fantastik gündür!”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:19 - 19 İyun, 2010

Toro Rosso komandasının Kanada Qran Prisinin nəticələrinə həsr olunmuş yaydığı mətbuaе relizi “Hər halda biz bir dövrə liderlik etdik” cümləsi […]

Toro Rosso komandasının Kanada Qran Prisinin nəticələrinə həsr olunmuş yaydığı mətbuaе relizi “Hər halda biz bir dövrə liderlik etdik” cümləsi ilə başlayır. Sebastyen Buemi çətin yarışda təkər seçimi üçün daha əlverişli vaxtlar seçməklə həm yarışda liderlik etmiş, həm də finişdə səkkizinci olmaqla dörd xal qazana bilib…

Sebastyen Buemi: “Mən bu dörd xala çox şadam – biz belə yüksək nəticəyə ümid etmirdik! Komanda əla işlədi – həm pit-stoplarda, həm də strategiya seçimində, mən isə bir neçə maraqlı mübarizə apardım, o cümlədən Mixael Şumaherlə. Onu ötmək heç də asan olmadı.

Qran Pri asan alınmadı. Təkərlər tez dənlə örtülürdü, ona görə də biz üç pit-stop planlaşdırmışdıq, yarışın ilk dövrələrində isə motorun qazburaxma sistemində problemlər əmələ gəlmişdi. Hərçənd, mən bir dövrə peletona başçılıq edə bildim – bu qeyri-adi hisslərdir! Ümid edirəm ki, bu mənim uğursuzluq zolağımın sonu idi – bütün yarış məsafəsini problemsiz keçmək çox xoşdur. Səkkizinci yer, yarışda liderlik və Mixaelə uğurlu hücum – fantastik gündür!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 259
Teqlər
Paylaş

logo