Sauber yeni qazburaxma sistemi hazırlayır

Sauber komandası Türkiyə Qran Prisinin cümə sərbəst yürüşlərində Kamui Kobayaşinin maşınında yeni qazburaxma sistemini yoxlayacaq. Əgər yeni sistem öz effektliyini […]

Sauber komandası Türkiyə Qran Prisinin cümə sərbəst yürüşlərində Kamui Kobayaşinin maşınında yeni qazburaxma sistemini yoxlayacaq. Əgər yeni sistem öz effektliyini və etibarlılığını sübut edərsə, onda Barselonada hər iki sürücü sıralanma turu və yarışda ondan istifadə edəcək.

Qeyri-rəsmi məlumata görə, Sauber-in sistemi Red Bull komandasının keçənilki sisteminin daha bir nüsxəsi olacaq, 2011-ci ildə komandaların çox bu sistemdən istifadə edir. Sauber komandası hesab edir ki, qazburaxma sisteminin yenilənməsi diffuzorun effektliyini artırmaqla dövrədə yarım saniyə üstünlük verəcək.

İsveçrənin Blick qəzetinə müsahibəsində komandanın başçısı Peter Zauber qarşıdakı testləri təsdiq edib: “Barselonada biz yeni qazburaxma sistemindən istifadə etməyi planlaşdırırıq, amma sistem tam yoxlanmadan maşınlara qoyulmayacaq. İspaniya mərhələsini gözləyək, sonra nəticə çıxararıq, amma bu günə qədər hər bir yenilik bizə irəliyə doğru addımlamağa imkan verib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*