Sarı bayraqlar qaydası dəqiqləşdirilib

Əvvəllər trasda sarı bayraqlar dalğalanarkən FİA-nın marşalları təhlükəli insident baş vermiş üç sektordan birinə nəzarət edirdilər. Bu ildən yeni sistem […]

Əvvəllər trasda sarı bayraqlar dalğalanarkən FİA-nın marşalları təhlükəli insident baş vermiş üç sektordan birinə nəzarət edirdilər. Bu ildən yeni sistem tətbiq olunacaq – tras 3 deyil, 20 sahəyə bölünüb, bununla da qaydalara daha dəqiq nəzarət ediləcək.

Yarışların direktoru Çarli Uaytinq sürücüləri məlumatlandırıb ki, əgər marşal əlində bir sarı bayraq yelləyərsə, məhz həmin sahədə sürücü sürətini özünün ən yaxşı nəticəsindən 0.2 saniyə azaltmalıdır, əgər marşal əlində iki bayraq yelləyərsə, onda 0.5 saniyə azaltmalıdır.

Çarli Uaytinq: “Biz trası üç deyil, 20 sektora bölmüşük – yeni sistem imkan verəcək ki, sürücünün məhz harda sürət azaltmasını dəqiq bilək, 3 sektor bölgüsündə bunu təyin etmək çətin idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*