15 Oktyabr 2019, Çərşənbə axşamı - 13:18

Maks Mosli: “İstehsalçılar dəyişikliklərdən qorxmamalıdırlar”

Maks Mosli: “İstehsalçılar dəyişikliklərdən qorxmamalıdırlar”

Müəllif: Rauf Hacıyev, redaktor

08:45 - 09 Yanvar, 2016

FİA-nın eks prezidenti Maks Mosli bildirib ki, istehsalçılar xərcləri azaltmaq üçün radikal dəyişikliklərdən qorxmamalıdırlar…

F-1.az xatırladır ki, yanvar ayının 15-nə kimi istehsalçılar xərcləri azaltmaq üçün həll yolu tapmalıdırlar. Əks halda alternativ standart mühərrik ideyası yenidən gündəmə gələ bilər.

Mosli fikirləşir ki, mühərrik sayını 3-ə endirməkdənsə, 2 mühərrikdən istifadəyə icazə verilməlidir: “Hazırda əsas problem mühərrik xərcləri və təminatıdır. Mövsüm boyunca 2 mühərrikə icazə vermək bu problemin həll yolu ola bilər.

Bu yolla mühərrik alan komandaların da xərclərini azaltmaq olar. Hazırda istifadə edilən mühərriklərdə cüzi dəyişikliklər edərək, buna çatmaq olar.

Düzdür, Mühərrik istehsalçıları bu qaydanın mümkünsüz olduğunu deyə bilərlər. Ancaq F1 tarixində heç vaxt bu cür təxminlər qəbul edilməyib…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 532
Teqlər , ,
Paylaş

logo