Sabah komandalar M.Mosli ilə görüşəcəklər

Sabah komandaların rəhbərlərini ağır gün gözləyir: FOTA-nın iclasının və ondan sonra FİA prezidenti Maks Mosli ilə görüşün yekunlarından Formula1-in yaxın […]

Sabah komandaların rəhbərlərini ağır gün gözləyir: FOTA-nın iclasının və ondan sonra FİA prezidenti Maks Mosli ilə görüşün yekunlarından Formula1-in yaxın gələcəkdəki taleyi asılıdır. Səhər tezdən FOTA-nın iclası keçiriləcək, iclasda qurum üzvləri FİA-nın təklif etdiyi büdcənin məhdudlaşdırılması prinsiplərinə alternativ variant hazırlamalıdırlar, nahardan sonra onlar Mosli ilə görüşə yollanacaqlar. Gələn ilin çempionatında iştirak etmək üçün ərizələrin verilməsi müddəti bir həftədən sonra başa çatdığına görə, gözləmək olar ki, sabah ciddi qərarlar qəbul olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*