S.Sirotkin Kubitsaya görə narahat deyil

Williams komandasının debütant sürücüsü Sergey Sirotkin bildirib ki, Robert Kubitsaya görə özünü narahat hiss etmir.

F-1.az xatırladır ki, rusiyalı sürücü keçən il Kubitsa ilə testlərdə iştirak etmiş və Britaniya komandası Sirotkini seçdiyi halda, polşalı sürücünü ehtiyat və test pilot kimi komandada saxlamışdı.

Sergey Sirotkin: “Kubitsanın burada olması məni təzyiq altına almır. Əlbəttə, Formula-də təzyiq çoxdur. Lakin bu, fərqlidir. Yarışmağa hazır olmasaydım, burada olmazdım. Robertlə münasibətimiz yaxşıdır. Buna görə də narahat deyiləm. O doğrudan da təcrübəli sürücüdür və bundan istifadə etməyə çalışırıq. Düzünü desəm, Ləns, mən və Robert arasında əla münasibət var. Bir yerdə çox yaxşı işləyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*