S.Fettel: Yeni bolidləri sürmək çətindir

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yeni bolidləri sürmək çətindir.

F-1.az xatırladır ki, bu ildən idmanda yeni texniki reqlament olacaq və sürücülər mövsümöncəsi testlərdə yeni bolidləri artıq sürüblər. Yeni bolidlər barədə fikirlər müxtəlifdir. Amma 2006-cı ildən bəri Formula1-də olan və 4 dəfə Dünya Çempionu titulunu əldə edən Sebastyan Fettel yeni bolidlərin sürüşünün çətin olduğunu düşünür: “Yeni bolidləri sürmək pis deyil. Sadəcə çətindir. Bolidlər ağır olduqları üçün sürmək də fərqlidir. Ağırlığı hiss edirsiniz. Məncə bu hissi bütün sürücülər yaşayırlar. Bundan başqa çox problemi həll etməyə çalışdıq. Məsələn, biz də bütün komandalar kimi düzlüklərdə dalğalanma ilə üzləşdik. Bunu həll etmək üçün çox şeyi sınaqdan keçirdik.

Gələn həftə real gücümüzü görəcəyik. Ümid edirəm ki, ön qrupda olarıq. Gələn həftə artıq iki maşınla test edəcəyik və bu, 1 maşınla test etməkdən yaxşıdır. Bizi çox gərgin həftə gözləyir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*